22 
Mar
2017
15:03
303
28
10882
Virtual karabakh

Avropanın ən təhlükəli cinayətkarlarından biri həbs edildi

22 Mar, 2017
15:03
10882

Avropanın ən təhlükəli cinayətkarlarından biri həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya xüsusi xidmət orqanlarının əməkdaşları ötən gecə Kalabriya vilayətində Avropanın ən təhlükəli cinayətkarlarından sayılan mafiya başçısı Santo Vottarini həbs edib.

Oxu.Az La Cnews 24 telekanalına istinadən xəbər verir ki, xüsusi əməliyyat zamanı Vottari doğma şəhəri Benestarda gizli bunkerdə aşkarlanıb.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, Vottari “ndranqeta” cinayət təşkilatının ən aqressiv qruplaşmalırından birinə başçılıq edir. Qanqsterin bir çox qanlı cinayətlərdə əli var, o 2007-ci ilin avqust ayında altı nəfərin öldürüldüyü “Duysburq qırğını”nda iştirak edib.  

Vottari İtaliya məhkəməsi tərəfindən 30 il müddətinə azadlıqdan məhrum edilmişdir və beynəlxalq axtarışda idi. Onun adı Avropolun ən təhlükəli cinayətkarların siyahısına daxil olunmuşdur. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri