22 
Mar
2017
18:09
304
40
3000
Virtual karabakh

Tümendə xəstələrin müalicəsində Naftalan nefti istifadə ediləcək

22 Mar, 2017
18:09
3000

Tümendə xəstələrin müalicəsində Naftalan nefti istifadə ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naftalan neftinin istifadəsi ilə sağlamlaşdırma prosedurları Rusiyada ilk dəfə Tümenin Vilayət Kliniki Xəstəxanasının Reabilitasiya Mərkəzində aparılacaq.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, xammal regiona Azərbaycandan tədarük olunur.

“Mərkəzimizdə xüsusi neftin köməyi ilə 70-dən çox xəstəliyi müalicə edəcəyik. Yanmayan Naftalan neftinin istifadəsi ilə prosedur yalnız regionumuzdakı sanatoriyalarda aparılıb, indi isə bu müalicə üsulu xəstəxanamızda tətbiq olunacaq. Mərkəzdə stasionar müalicədə olan pasiyentlər üçün bu prosedur ödənişsiz olacaq”, - mərkəzin müdiri Yuliya Nikolayeva TASS agentliyinə bildirib .

Onun sözlərinə görə, tibb işçiləri Naftalan nefti ilə müalicədən applikasiya və ultrasəs tətbiq qismində istifadə edəcəklər:

“Pasiyentlərin müalicəsində təmizlənmiş Naftalan neftinin istifadəsi sümük-əzələ sistemi xəstəliklərindən, ağrı sindromundan xilas edir, bərpa və regenerasiya proseslərini sürətləndirir”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri