22 
Mar
2017
22:34
310
205
11869
Virtual karabakh

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb – FOTO + YENİLƏNİB

22 Mar, 2017
22:34
11869

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Ölənlərdən biri polis əməkdaşıdır. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb.  Bundan əvvəl 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi. 

Xatırladaq ki, bu gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra  parlament binasına yaxınlaşaraq polis nəfərini  bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq  zərərsizləşdirilib.

21:19

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bundan əvvəl 1 qadının öldüyü bildirilirdi.  

Bu gün Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib.

London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

21:02

Londonda törədilən terror aktı nəticəsində qadın ölüb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Press Association” agentliyinin verdiyi məlumata görə, yaralanan bir neçə nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.

London baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

20:11

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə BBC News agentliyi məlumat yayıb. 

Ən azı 12 nəfərin yaralandığı bildirilir. Parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb.

Məlumata görə, Vestminster köprüsündə atəş açan London polisi tərəfindən öldürülüb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri