23 
Mar
2017
11:44
32
178
3172
Virtual karabakh

Xarkovda sursat anbarında yanğın, 20 min insan təxliyyə edilib – VİDEO

23 Mar, 2017
11:44
3172

Xarkovda sursat anbarında yanğın, 20 min insan təxliyyə edilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov vilayətində sursat anbarı yaxınlığında yerləşən yaşayış məntəqələrindən 20 minə yaxın insan təxliyyə edilib. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verib.

“Əhalinin təxliyyəsi davam etdirilir. Verbovka kəndindən Prişib kəndinə 2700 insan təxliyyə edilib. Yakovenkovo kəndindən Voloxov Yar kəndinə - 806 nəfər, Balakleya şəhərindən isə 16317 nəfər təxliyyə edilib”, - məlumatda bildirilir.

Xəbərə görə, partlayışlar sursat anbarının texniki ərazisində baş verir. Lakin bəzən qəlpələr ətraf ərazilərə də düşür.

Xatırladaq ki, martın 23-nə keçən gecə Xarkov vilayətinin Balakleya şəhərində sursat anbarında detonasiya ilə nəticələnən yanğın baş verib. Ukraynanın hərbi prokuroru Anatoli Matios hadisənin təxribat nəticəsində baş verdiyini ehtimal edir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri