23 
Mar
2017
12:02
81
46
1782
Virtual karabakh

Viskonsində dörd nəfər atışmanın qurbanı olub

23 Mar, 2017
12:02
1782

Viskonsində dörd nəfər atışmanın qurbanı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Viskonsin ştatında atışma nəticəsində dörd nəfər ölüb.

Oxu.Az Fox 11 News telekanalına istinadən xəbər verir ki, insident martın 22-də Maraton dairəsində baş verib. 

Polisə Rotsçayld qəsəbəsində bank yaxınlığında, Şofild yaşayış məntəqəsində və buradan üç kilometr kənarda silahlı insident barədə məlumat daxil olub.

Güc strukturlarının nümayəndələri mətbuat konfransında hadisələrin bir-biri ilə bağlı olduğunu etiraf ediblər. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb, onun adı açıqlanmır, həmçinin cinayətin motivləri də məlum deyil.

Atışma nəticəsində bir polis əməkdaşının və üç vətəndaşın öldüyü bildirilir. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri