23 
Mar
2017
22:57
372
25
3566
Virtual karabakh

Ermənistanda növbəti etiraz aksiyası keçirilib – ФОТО

23 Mar, 2017
22:57
3566

Ermənistanda növbəti etiraz aksiyası keçirilib – ФОТО

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Axşam saatlarında Ermənistan paytaxtında növbəti mitinq keçirilib.

Oxu.Az publika.az-a istinadən xəbər verir ki, Azadlıq meydanında keçirilən aksiya 22 martda Şaumyanski məzarlığında dəfn edilən “çörəkdaşıyan” Artur Sərkisyanın xatirəsinə həsr olunub.

Hakimiyyət 16 martda müəmmalı şəkildə ölən “Sosna Tser” qruplaşmasının ərzaq təminatçısına həsr olunmuş aksiyanın tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün Şagen Arutyunyanın rəhbərlik etdiyi etirazçılar növbəti dəfə meydana çıxıb.

Aksiya əleyhinə çıxış edənlərə etiraz edən fəal bildirib ki, hüququnu dərk edən insanlar aksiyaya qatılmır, amma eyni zamanda feysbukda mübarizənin dayandırılmasını tələb edirlər. “Bəhanə axtarmağa çalışmayın, əgər siz bura gəlmirsiniz, sadəcə deyin ki, mübarizə aparmaq istəmirik. Özləri gəlmirlər, ancaq bizi tənqid edirlər, bu, biabırçılıqdır”-Arutyunyan onları “monoton mübarizə”də günahlandıranlara xitabən deyib.

Aksiya iştirakçıları Sərksiyanın fotosunun qarşısına gül dəstələri və çörəklər düzüb, onun ölümünə bais olanların cəzalandırılmasını tələb edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri