24 
Mar
2017
20:50
14
316
5975
Virtual karabakh

Türkiyə sərhədində gərginlik

24 Mar, 2017
20:50
5975

Türkiyə sərhədində gərginlik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk seçicilərin ölkələrində səs verməsini istəməyən bolqar nümayişçilər sərhədi bağlayıblar.

Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, Türkiyədən Bolqarıstana səfər edənlərin nümayişçilərin olduğu əraziyə keçməsinə icazə verilmir.

Bolqarıstanda növbədənkənar seçkilər başlayır. Türk seçicilərin səs vermələrini istəməyən bolqar fanatlar sərhədi bağlayıblar. Bolqarıstanda ifrat milliyyətçi qrupun aksiyalarını lentə almaq istəyən türk jurnalistlərin ölkəyə girişinə də icazə verilməyib.

Günorta saatlarında aksiyaları lentə almaq üçün sərhəd buraxılış məntəqəsinə yaxınlaşan türk jurnalistlər “Kapitan Andreyevo” sərhəd qapısına yaxınlaşıb. Gömrük məmuru isə aksiya səbəbindən jurnalistləri ölkəyə buraxmayıb. Hadisənin beynəlxalq müqavilələrə uyğun olmadığı bildirilsə də, türk jurnalistlər hələ də neytral zonada qalıblar.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri