25 
Mar
2017
11:10
134
18
2545
Virtual karabakh

Tramp Yunkerlə Tusku səhv salıb

25 Mar, 2017
11:10
2545

Tramp Yunkerlə Tusku səhv salıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Jan-Klod Yunker “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“O (Tramp - red.) Tuskla telefonda danışırdı, lakin mənimlə danışdığını düşünürdü. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yaranır ki, sanki ABŞ prezidentini Avropa maraqlandırmır”, - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

“Financial Times” isə qeyd edir ki, gələn ay Yunker ABŞ-a səfər etməyi planlaşdırır. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri