25 
Mar
2017
11:42
35
137
3641
Virtual karabakh

Yunker: Balkan yarımadasında müharibə başlaya bilər

25 Mar, 2017
11:42
3641

Yunker: Balkan yarımadasında müharibə başlaya bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) ünvanına səsləndirdiyi tənqidi fikirlər Balkan yarımadasında müharibəyə səbəb ola bilər

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, D.Trampın Böyük Britaniyanın Aİ-dən ayrılması ilə bağlı verdiyi dəstək “təhlükəlidir”.

“ABŞ prezidentinin açıqlamalarından məlum olur ki, o, Avropada yaranmış qəliz vəziyyətdən məlumatlı deyil. Mən vitse-prezident Maykl Pensə də bildirdim ki, başqa ölkələrin Avropa İttifaqından çıxmasını dəstəkləmək lazım deyil.

Əks halda İttifaq dağılmaq təhlükəsi ilə üz-üzə qalacaq, Balkan ölkələri olan Bosniya və Herseqovina, Serbiya, Makedoniya, Albaniya arasında isə müharibə başlaya bilər”, - deyə o bildirib.

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri