25 
Mar
2017
20:45
275
60
6242
Virtual karabakh

Türkiyə prezidentindən gənclərə müjdə

25 Mar, 2017
20:45
6242

Türkiyə prezidentindən gənclərə müjdə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə vətəndaşları aprelin 16-da konstitusiya referendumunda iştirak edən zaman seçki məntəqələrinə nə üçün getdiklərini anlamalıdırlar”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Antalyada seçicilərlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayıb Ərdoğan deyib.

O qeyd edib ki, dünyanın aparıcı 20 ölkəsinin əksəriyyətində prezident və ya yarı-prezident idarəetmə sistemi mövcuddur: “Bu sistem Türkiyəni daha da inkişaf etdirəcək”.

R.T.Ərdoğan çıxışında həmçinin referendumda konstitusiya dəyişikliklərinə “yox” deyən müxalif Cümhuriyyet Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun fikirlərinə də münasibət bildirib: “Yeni dəyişikliklərə əsasən, Türkiyənin gəncləri də parlamentə seçilmək hüququnu qazanacaqlar.

Mustafa Kəmal Atatürk dövləti gənclərə əmanət edib. İndi də, Kılıçdaroğlunun bu dəyişikliklərə qarşı çıxması Atatürkün ideologiyasına zidd deyilmi?!”.

Türkiyə prezidenti deyib ki, dəyişiklilərə Kandildə, İmralıda, Pensilvaniyada olanlar “yox” deyirlər: “Mən isə tək dövlət, tək bayraq, tək millət deyirəm”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri