26 
Mar
2017
20:19
7
401
1809
Virtual karabakh

Mosulda dağıdılmış binanın qalıqları altından 61 cəsəd tapılıb

26 Mar, 2017
20:19
1809

Mosulda dağıdılmış binanın qalıqları altından 61 cəsəd tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD terror qruplaşmasının silahlıları tərəfindən işğal olunmuş İraqın Mosul şəhərinin qərb hissəsində dağıdılmış binanın qalıqları altından 60-dan çox cəsəd çıxarılıb.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə İraq hərbçilərinin bəyanatına istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Dağıntılar altından 61 meyit çıxarılıb”, - deyə bəyanatda deyilir.

İraq hərbi komandanlığı şahidlərin söylədiklərinə əsasən, İŞİD yaraqlılarının sakinləri zirzəmiyə yığaraq binanı minaladıqlarını da xəbər verib. Hərbçilər bildiriblər ki, binanın hava zərbələri nəticəsində dağıdılmasına dair heç bir əlamət yoxdur.

“Səhra komandirlərindən ibarət hərbi ekspertlər qrupu KİV-in məlumatına görə tamamilə dağıdılmış binanı yoxlayıb. Bütün divarlar minalanıb”, - deyə məlumatda vurğulanır.

Bu arada “Reuters” hərbçilərin açıqlamasının yerli hakimiyyətin və şahidlərin xəbərlərindən fərqləndiyini də bildirib. Belə ki, onların məlumatında, İŞİD yaraqlılarına qarşı yönəlmiş koalisiyanın zərbə nəticəsində uçmuş binanın dağıntıları altından 200-ə yaxın cəsədin çıxarıldığı qeyd olunur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri