27 
Mar
2017
14:30
22
74
1561
Virtual karabakh

Türkiyə Rusiyanın kənd təsərrüfatı mallarına qoyduğu rüsumların həcmini açıqladı

27 Mar, 2017
14:30
1561

Türkiyə Rusiyanın kənd təsərrüfatı mallarına qoyduğu rüsumların həcmini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə tərəfindən Rusiya kənd təsərrüfatı mallarına tətbiq edilən rüsumların həcmi açıqlandı.

Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. 

Martın 15-dən buğda və qarğıdalıya 130 faiz həcmində, günəbaxan yağına 36 faiz həcmində rüsum tətbiq edilib. Düyünün mədaxilinə rüsum 45 faiz, günəbaxan şrotuna 13,5 faiz, paxlalılara 9,7 faizdən ibarət rüsum qoyulub. 

Bununla yanaşı, günəbaxan yağının minimal gömrük dəyəri bir ton üçün 1500 dollardan ibarət olmalıdır. Kənd Təsərrüfatı Nazirliyində bunun bir ton üçün cari qiymətin 800 dollardan ibarət olduğu halda mümkün olmadığını bildiriblər. 

Nəşr yazır ki, bu vəziyyətdə rusiyalı məmurlar və biznesmenlər Asiya, Latın Amerikası və Afrikada yeni idxal bazarı axtarırlar. 

Türkiyə, Moskvanın pomidor daxil olmaqla bəzi məhsulların idxalına qadağa qoymasından narazı qalan yerli şirkətlərin xahişi ilə Rusiyadan gətirilən dənlilərə rüsum tətbiq edib. Məhsulların idxalına qadağa 2016-cı ilin yanvar ayının 1-dən münasibətlərdə gərginlik yaranandan sonra tətbiq edilib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri