27 
Mar
2017
15:26
34
127
2762
Virtual karabakh

Rusiyada iki təyyarəni ildırım vurub

27 Mar, 2017
15:26
2762

Rusiyada iki təyyarəni ildırım vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pulkovo aeroportuna eniş edən iki təyyarəni ildırım vurub. 

Oxu.Az Rambler news-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Aviadispetçer xidmətində olan mənbənin məlumatına görə, Samaradan səmaya qalxan “Boeing 737” təyyarəsinin komandiri enişdən öncə ildırım vurması barədə bildirib. 

15 dəqiqə sonra ildırım vurmasına dair məlumatı Moskvadan səmaya qalxan digər təyyarənin komandiri məlumat verib. 

İldırım o qədər güclü olub ki, təyyarənin komandirləri bir neçə saniyə kabinənin işığa qərq olduğunu deyiblər. Pilotlar hətta bir neçə saniyə ətrafda heç nəyi görmədiklərini bildiriblər.     

Hər iki halda təyyarə Pulkovo aeroportunda uğurlu eniş edib. Texniki baxış zamanı hər iki təyyarənin səthində ildırım vurmasının izləri aşkar edilib. 

N.О.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri