27 
Mar
2017
16:42
26
139
2593
Virtual karabakh

Navalnı həbs olundu – YENİLƏNİB

27 Mar, 2017
16:42
2593

Navalnı həbs olundu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Tver məhkəməsi müxalifətçi Aleksey Navalnını “O, bizim üçün Dimon deyil” aksiyası zamanı polisə tabe olmadığı üçün 15 sutkalıq həbs edilməsinə dair qərar çıxarıb. 

Oxu.Az Republic-ə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış deyib.

Navalnı bildirib ki, inzibati hüquq məcəlləsinin 19.3 maddəsi üzrə protokol imzalamayıb. Onun sözlərinə görə, bu ittiham barədə məhkəməyə gedərkən tanış olub. Siyasətçi polisə müqavimət göstərmədiyini vurğulayıb. 

Daha öncə bu ittiham üzrə Navalnını 20 min rubl həcmində cərimə ediblər. 

İclas səhər saat 9-a təyin edilsə də, günorta başlayıb. Məhkəmədə siyasətçi baş nazir Dmitri Medvedevi dindirməyi tələb edib. İkinci ittiham üzrə keçirilən baxış zamanı hakim vəkilin iclasın vaxtının keçirilməsi və şahidlərin çağırılması üzrə müraciət təmin edilməyib. 

Navalnının vəkili Olqa Mixaylova bildirib ki, saxlanılmaya dair protokola dəyişikliklər edilib.  

15:31

Moskvanın Tversk məhkəməsi müxalifətçi Alkesey Navalnını paytaxtın mərkəzində razılaşdırılmamış mitinqin təşkilində təqsirkar bilərək 20 min rubl həcmində cərimə edib. 

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. 

Navalnı özü iclasda bəyan edib ki, onun təşkil etdiyi korrupsiya əleyhinə aksiya qanunidir və Konstitusiya Məhkəməsinin qərarına müvafiqdir. 

“Biz Moskva hökumətinə aksiyanın razılaşdırılması üçün müraciət etdik. Qanuna uyğun olaraq üç gün ərzində bizə icazə verilməli və ya aksiyanın keçirilməsi üçün alternativ yer təklif edilməli idi. Bu isə baş vermədi, bu səbəbdən də Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq biz aksiyanı əvvəlcədən bildirdiyimiz yerdə keçirmə hüququna sahib idik”, - o deyib. 

Müxalifətçini martın 26-da Moskvanın mərkəzində korrupsiya əleyhinə razılaşdırılmamış mitinqə gəldiyindən bir neçə dəqiqə sonra həbs ediblər. 
 
N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri