27 
Mar
2017
20:39
11
399
1933
Virtual karabakh

Mosula aviazərbələr nəticəsində 112 nəfər ölüb

27 Mar, 2017
20:39
1933

Mosula aviazərbələr nəticəsində 112 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqın Mosul şəhərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərdən 112 nəfərin meyiti tapılıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, İraqın səhiyyə naziri Əhməd Dubardani bildirib ki, üç gün ərzində tapılan meyitlər torpağa tapşırılıb.

Qeyd edək ki, Mosula aviazərbələr ötən həftə endirilib. Yerli mətbuatın məlumatına görə, ən azı 200 nəfər ölüb

Koalisiya qüvvələri dinc sakinlərin öldüyü barədə xəbəri təsdiqləməyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri