27 
Mar
2017
21:15
242
84
9704
Virtual karabakh

Avropanın bir hissəsinin su altında qalacağı vaxt açıqlanıb

27 Mar, 2017
21:15
9704

Avropanın bir hissəsinin su altında qalacağı vaxt açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təxminən beş milyon avropalının evi bu yüzilliyin sonunadək su altında qala bilər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyası Araşdırmalar Mərkəzi Birliyinin mütəxəssisləri bildiriblər.

Alimlər xəbərdarlıq ediblər ki, qlobal istiləşmə nəticəsində Şimal və Baltik dənizlərinin səviyyəsi təhlükəli həddi aşacaq və Avropanın sahilyanı dövlətləri su altında qalacaq: 

“İstiləşmə nəticəsində daşqınlar hər il baş verə bilər”.

Ümumiyyətlə, 2016-cı ildə Sena, Dunay, Reyn və Nekkara çaylarının səviyyəsi normadan atıq olub və həmin çayların sahillərini su basıb. Təbii fəlakət zamanı Fransanın şimal rayonlarından bir neçə min sakini təxliyə edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri