27 
Mar
2017
22:09
125
23
5165
Virtual karabakh

Yaponiyalı dizayner “ağıllı” divar təqvimi hazırlayıb

27 Mar, 2017
22:09
5165

Yaponiyalı dizayner “ağıllı” divar təqvimi hazırlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, elektron mürəkkəb (e-ink) texnologiyası əsasında işləyən təqvim “Google” şirkətinin Yaponiyada fəaliyyət göstərən “Android Experiments” proqramı çərçivəsində yaradılıb. 

“Google Calendar” proqramı ilə sinxronlaşdırılan, ay və ya gün üçün cədvəli əks etdirən “Magic Calendar” zahirən adi kağız təqvimi xatırladır. 

Qurğunun satışa çıxarılma tarixi və digər təfərrüatlar hələlik məlum deyil. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri