27 
Mar
2017
23:05
138
254
7840
Virtual karabakh

Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı

27 Mar, 2017
23:05
7840

Azərbaycandan aparılan 16 ton pomidor Rusiyaya buraxılmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Kənd Təsərrüfatı Mallarına Nəzarət İdarəsinin (“Rosselxoznadzor”) mütəxəssisləri Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 16,2 ton pomidoru saxlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.

Malın Rusiyaya buraxılmamasına səbəb məhsulda zərərli karantin obyekti - Cənubi Amerika tomat güvəsinin (TutaabsolutaPovolny) aşkar edilməsi olub.

Yükün sahibi karantin məhsulunun idxalı və ixracı qaydalarını pozduğuna görə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinin tələblərininə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri