28 
Mar
2017
11:22
145
14
2105
Virtual karabakh

Parisdə iğtişaşlar – FOTO + VİDEO

28 Mar, 2017
11:22
2105

Parisdə iğtişaşlar – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə polis tərəfindən 56 yaşlı Li Şayonun qətlindən sonra iğtişaşlar başlayıb, hüquq-mühafizə orqanlarının üç əməkdaşı yaralanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. 

Toqquşmaya səbəb martın 27-də baş verən hadisə olub. Həmin gün məişət zəminində davaya dair məlumatı yoxlamaq üçün ünvana gələn iki polis həmin evdə yaşayan kişini öldürüblər. Polislər kişinin onlara qayçı ilə hücum etdiyini söyləyiblər. Ölən şəxsin qızı isə hesab edir ki, onun atası heç kimə hücum edə bilməzdi.  

Qəzetin məlumatına görə, ailə üzvləri Şayonun həmin gün mətbəx qayçısı ilə toyuq doğradığını, qapının zəngi çalındıqda isə avtomatik olaraq qapıya əlində qayçı getdiyini iddia edir.

Ölən şəxsin xatirəsini yad etmək üçün onlarla insan toplaşıb. Parisin 19-cu dairəsindəki polis bölməsinin yaxınlığında keçirilən dinc nümayiş kütləvi qarşıdurmaya çevrilib. Hadisə nəticəsində naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıblar və onu yandırmağa cəhd ediblər. Polis toplaşanları qovmağa çalışanda isə nümayiş iştirakçıları asayiş keşikçilərinə daş və şüşə atıblar. 

Nümayişin üç iştirakçısı saxlanılıb.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri