28 
Mar
2017
11:45
63
18
3895
Virtual karabakh

2017-ci ildə aviauçuşların ən ucuz olacağı gün açıqlandı

28 Mar, 2017
11:45
3895

2017-ci ildə aviauçuşların ən ucuz olacağı gün açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə aviauçuşlar üçün ucuz gün iyunun 6 olacaq.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə CheapAir.com məlumat yayıb.

Servisin baş direktoru Ceff Klinin sözlərinə görə, iyunun əvvəli yay ərzində uçuşlara ən az məsrəf edilən dövr olacaq. 

Təyyarə biletlərinin ən bahalı olduğu gün iyulun 9-u olacaq. Əgər səfər mütləqdirsə, bunun üçün 3, 4 və 5 iyulu seçmək daha yaxşı olar. Avqustda biletlərin ən baha olduğu gün 22-si, sentyabrda isə 12-si olacaq.  

CheapAir.com-da payızın birinci ayında aviasəfərlərin dəyəri yeddi faiz ucuzlaşacaq. 
Tədqiqatın nəticələrinə görə, səfərlər üçün ən bahalı ay isə dekabr olacaq. Səfər üçün ən sərfəli dövr may və noyabr aylarıdır. 

Fevralın əvvəlində yayılan məlumata görə, Avropa və Asiyaya olan aviareyslərin biletlərini səfərə beş-yeddi ay qalmış almaq daha yaxşı olar. Bu halda uçuşun dəyərinin 76 faizi qədər qənaət etmək mümkün olacaq.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri