28 
Mar
2017
12:43
144
9
2201
Virtual karabakh

Gürcüstandan Ermənistana “İqla” kompleksi keçirməyə cəhd edən erməni saxlanılıb

28 Mar, 2017
12:43
2201

Gürcüstandan Ermənistana “İqla” kompleksi keçirməyə cəhd edən erməni saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 27-də Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal Polis Mərkəzi Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə Ermənistan Polisinin cinayət-axtarış baş İdarəsi tərəfindən axtarışda olan Ermənistan vətəndaşını saxlayıblar.

Oxu.Az  tert.am-a istinadən xəbər verir ki, Gürcüstan DİN-in mətbuat xidmətindən bildiriblər ki, Ermənistana “İqla” zenit-raket kompleksi keçirilməyə cəhdinə görə axtarışda olan 1977-ci il təvəllüdlü Ermənistan vətəndaşı Robert A. saxlanılıb.

Qeyd edək ki, Gürcüstanın DİN rəhbəri Georgi Mqebrişvili bildirib ki, Ermənistana “İqla” kompleksi keçirilmə cəhdinə görə saxlanılan üç Ermənistan vətəndaşının saxlanılması ilə əlaqədar gürcü nazirliyi Yerevandakı həmkarları ilə daimi əlaqədadır. 

“Hələlik “İqla” kompleksinin Gürcüstandan tranzit ilə Ermənistana aparıldığını iddia etmək olmaz. Araşdırma aparılır, detallar öyrənilir. Biz erməni həmkarlarımız ilə daimi əlaqə saxlayırıq və ictimaiyyətə təhqiqatın nəticələrinə dair məlumat veririk”, - G.Mqebrişvili bildirib. 

 Xatırladaq ki, Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayan martın 22-də saxlanılıb, daha sonra məhkəmə ona dair 2 ay müddətinə həbs olunmasına dair hökm çıxarıb.  
Samvel Babayana qarşı Ermənistan CM 235 maddəsinin 2-ci bəndi və 235.1 maddəsi üzrə 2-ci bəndi üzrə ittiham irəli sürülüb. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri