28 
Mar
2017
15:07
180
13
2648
Virtual karabakh

Çin Fransaya etiraz notası ünvanladı

28 Mar, 2017
15:07
2648

Çin Fransaya etiraz notası ünvanladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə Çin vətəndaşının qətlə yetirilməsindən sonra Çin hökuməti bu ölkəyə etiraz notası ünvanlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Xua Çunin bəyan edib.

Daha öncə “Parisien” nəşri əlində qayçı olan bir kişinin polisə hücum etdiyi və güllələndiyi barədə məlumat yaymışdı.

Polisin məlumatına görə, asayiş keşikçisi yalnız bir dəfə özünü müdafiə üçün atəş açıb, həmin atəş nəticəsində güllə kişinin sinəsinə tuş gəlib və o, hadisə yerində ölüb. Bir müddət sonra Çinin Fransadakı səfirliyi, ölən şəxsin Çin vətəndaşı olduğu barədə məlumat yaymışdı.   

Çərşənbə axşamı brifinq zamanı Çin XİN-in rəsmi nümayəndəsi Xua Çunin martın 26-da Parisdə polis tərəfindən qətlə yetirilən şəxsin Çin vətəndaşı olduğunu təsdiq etmişdi. 

“Xarici İşlər Nazirliyi baş verənlərə böyük məna verir. Hadisədən dərhal sonra Çinin Fransadakı səfirliyi fövqəladə hallar üçün nəzərdə tutulmuş fəaliyyət mexanizmini işə salıb, Fransa tərəfinə etiraz notası ünvanlayıb”, - o deyib.

Xua Çunin sözlərinə görə, Çin tərəfi Fransadan ölkə ərazisində olan ÇXR vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün səmərəli tədbirləri həyata keçirməyi tələb edib. 

Daha öncə “France-Press” agentliyi polis tərəfindən kişinin qətlə yetirilməsindən sonra Parisdə etiraz aksiyasının keçirildiyinə dair məlumat yaymışdı.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri