28 
Mar
2017
15:46
84
126
3188
Virtual karabakh

Mixail Saakaşvili teleaparıcı olacaq

28 Mar, 2017
15:46
3188

Mixail Saakaşvili teleaparıcı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Ukraynanın “Zik” telekanalında “Druqaya Ukraina” (“Başqa Ukrayna”) həftəlik tok-şounun aparacısı olacaq.

Oxu.Az xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Biz “Zik”də “Druqaya Ukraina” verilişinin ilk çəkilişini etdik. Çox kəskin alınıb. Hər həftə sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəyəm”, - Saakaşvili yazıb. 

M.Saakaşvili həmin səhifədə çəkiliş meydançasında çəkilən foto da yerləşdirib. Fotoda o, it damı yanında durub, əlində qovluq tutub. Yəqin ki, studiyada belə dekorasiyaya səbəb, ölkə prezidenti Petr Poroşenkonun bu yaxınlarda “it damı tikməyən insanlar, ölkədə sabitliyi pozmağa çalışırdılar” ifadəsi ilə əlaqədardır.

Saakaşvilinin paylaşdığı şəkillərdə proqramın qonaqları arasında Ali Radanın deputatı Vladimir Parasyukun da olduğu görünür. V.Parasyuk ölkədə fərqli düşncəsi və mövqeyi ilə seçilən siyasətçilərdən sayılır. O, açıqlamaları ilə dəfələrlə Ukraynada baş verən qalmaqalların qəhrəmanı olub. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri