28 
Mar
2017
17:59
323
16
2724
Virtual karabakh

Gürcüstan – Avropa arasında vizasız rejim: İlk gün 800-ə yaxın adam yola düşdü

28 Mar, 2017
17:59
2724

Gürcüstan – Avropa arasında vizasız rejim: İlk gün 800-ə yaxın adam yola düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vizasız rejimin qüvvəyə mindiyi ilk gün Gürcüstandan 800-ə yaxın adam Avropa ölkələrinə yola düşüb.  

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Qruziya” agentliyinə Gürcüstan Aeroportları Birliyindən məlumat verilib. 

Agentliyin məlumatına görə, 300 nəfər Tbilisidən Afina, Varşava və Münhenə, 500 nəfər isə Kutaisidən Budapeşt, Saloniki və Larnakaya uçublar.

Gürcüstandan Avropa şəhərlərinə uçanların əksəriyyəti Gürcüstan vətəndaşlarıdır. Martın 28-dən Avropaya turistik, qonaq və işgüzar səfərlər üçün viza tələb olunmur. Viza turistik, işgüzar və müsafir vizaları üçün tələb olunacaq. 

Tbilisidən Avropaya ilk reyslə tələbələr, alimlər və baş nazir Georgi Kvirikaşvili başda olmaqla ölkə hakimiyyətinin nümayəndələri yola düşüblər. Onlar artıq Afinadadırlar, oradan Brüsselə yola düşəcəklər.  
 
N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri