28 
Mar
2017
19:18
159
38
5799
Virtual karabakh

Çaqqal Karlosa üçüncü ömürlük həbs cəzası verildi

28 Mar, 2017
19:18
5799

Çaqqal Karlosa üçüncü ömürlük həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha çox Çaqqal Karlos ləqəbi ilə tanınan beynəlxalq terrorçu İliç Ramires Sançes 1974-cü ildə Parisdə törətdiyi terror aktına görə üçüncü dəfə ömürlük həbs cəzasına məhkum edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı BFMTV telekanalı yayıb.

İstintaqla müəyyən edilib ki, məhz Ramires Sançes aptekə atılan əl qumbarası nəticəsində baş verən partlayış zamanı ölən iki və yaralanan 34 nəfərə görə birbaşa məsuliyyət daşıyır.

Telekanalın məlumatına əsasən, məhkəmə cinayətkara Fransa qanunlarına görə ən ağır cəza verib.  

Qeyd edək ki, 1997-ci ildə məhkəmənin qərarına əsasən, Ramires Sançes 1975-ci ildə iki polis əməkdaşının öldürülməsinə görə, həmçinin 1982 və 1983-cü illərdə Paris və Marseldə törədilən bir sıra terror aktlarına və iki qatarın partladılmasına görə əfv hüququ olmadan ikiqat ömürlük həbs cəzasına məhkum olunub. Bu hücumlar nəticəsində 11 nəfər ölmüşdü, 150-dən çox insan isə yaralanmışdı.

Bundan əlavə Çaqqal Karlos Fələstin Xalq Azadlıq Cəbhəsi ilə əməkdaşlıq edirdi. 

O, 1975-ci ildə OPEK-in qərargahında 42 vəzifəli şəxsi girov götürmüşdü. 

1994-cü ildə Ramires Sançes xüsusi xidmət orqanları tərəfindən Sudanda həbs edilərək Fransaya göndərilmişdi.

R.Sançes 1949-cu ildə Karakasda (Venesuela) anadan olub. Çaqqal ləqəbini ona jurnalistlər verib. Belə ki, terrorçunun evində axtarış zamanı Frederik Forsaytın “Çaqqalın günü” əsəri tapılmışdı. Karlos ləqəbi isə terrorçuya Fələstin Xalq Azadlıq Cəbhəsində işləyərkən verilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri