28 
Mar
2017
21:30
167
22
2151
Virtual karabakh

Şotlandiyada müstəqilliyə dair referendumu dəstəklədilər

28 Mar, 2017
21:30
2151

Şotlandiyada müstəqilliyə dair referendumu dəstəklədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiya parlamenti müstəqilliyə dair referendumun keçirilməsini dəstəkləyib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, parlament referendumun Britaniyanın Aİ-dən çıxmasına dair şərtlərinin tam aydın olmasından sonra – 2018-ci ilin sonunda və ya 2019-cu ildə keçirilməsini müsbət qarşılayıb.  

Beləliklə, parlament ölkənin birinci naziri Nikole Sterdjenə bu təşəbbüslə Böyük Britaniya parlamentinə müraciət etməyə icazə verib.   

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey Şotlandiyada referendumun keçirilməsinin vaxtsız olmasına dair xəbərdarlıq edib.

Qeyd edək ki, Şotlandiyada 2014-cü ildə müstəqilliyə dair referendum keçirilib. O zaman seçicilərin əksəriyyəti Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını dəstəkləməmişdi. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri