30 
Mar
2017
10:09
131
88
1914
Virtual karabakh

Argentina parlamenti marixuananın istifadəsini qanuniləşdirdi

30 Mar, 2017
10:09
1914

Argentina parlamenti marixuananın istifadəsini qanuniləşdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina parlamenti marixuananın tibbi məqsədlər üçün leqallaşdırılması haqqında qanun layihəsini müzakirəyə çıxarıb.

Oxu.Az TASS-a istinadən xəbər verir  ki, qanun layihəsi yekdilliklə qəbul edilib.

Bundan sonra sənəd ölkə prezidenti tərəfindən təsdiqlənməlidir. Qanun layihəsinə əsasən, xroniki ağrılar, epilepsiya, fibromialgiya və bir sıra digər xəstəliklərin müalicəsi üçün kannabis yağının idxalına və istifadəsinə icazə verilir. Marixuana xəstələrə pulsuz olaraq paylanacaq.

Bununla belə, narkotik maddənin yetişdirilməsi qeyri-qanuni olaraq qalıb. Argentinada tərkibində narkotik maddə olan bitkilərin becərilməsinə görə 4 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri