30 
Mar
2017
10:36
9
133
3077
Virtual karabakh

Ermənistanı Azərbaycanın qarşısını almaq ideyası qayğılandırır

30 Mar, 2017
10:36
3077

Ermənistanı Azərbaycanın qarşısını almaq ideyası qayğılandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib ki, ölkə Rusiyadan Azərbaycanın hərbi potensialına qarşı durma qabiliyyətinə malik texnika almaqda maraqlıdır. 

Bununla yanaşı, V.Sarkisyan qeyd edib ki, Ermənistan yalnız rusiyalı müttəfiqləri ilə deyil, eləcə də bir sıra digər tərəfdaşlarla danışıqlar aparır.

Oxu.Az bu barədə “Kommersant”a istinadən xəbər verir.    

“Biz əsasən Azərbaycanın artan arsenalı ilə tarazlıq yarada biləcək və bu ölkədə hərbi növbədə duran bir sıra silahların istifadəsinin qarşısını ala biləcək texnikanın əldə edilməsində maraqlıyıq”, - müdafiə naziri bildirib. 

“Kommersant” qeyd edib ki, Ermənistan və Azərbaycan arasında silah yarışı ciddi problemə çevrilir. Ermənistan “İsgəndər” raket kompleksləri aldığı halda, Azərbaycan İsraildən PUA-lar alır. Bütün bunlar Qarabağ münaqişəsinin son il ərzində ən ciddi gərgin qarşıdurmadan yeddi ay sonra baş verir.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri