30 
Mar
2017
14:15
13
70
1287
Virtual karabakh

ABŞ Dövlət Departamentinin əməkdaşı casusluqda ittiham edildi

30 Mar, 2017
14:15
1287

ABŞ Dövlət Departamentinin əməkdaşı casusluqda ittiham edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məxfi məlumata çıxışı olan ABŞ-ın Dövlət Departamentinin əməkdaşına qarşı Çin kəşfiyyatının agentləri ilə əlaqələrini gizlətməklə əlaqədar ittiham irəli sürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

İttihamda 60 yaşlı Kendis-Mari Kleyborn on minlərlə dolları hədiyyə kimi aldığı göstərilir. 

O, rəsmi araşdırmalara maneçilik törətməkdə və FAB-a saxta məlumatlar təqdim etməkdə ittiham edilir. 

Kleyborn özünü təqsirkar hesab etmir. 

Kendis-Mari Kleyborn Dövlət Departamentində 1999-cu ildə işləməyə başlayıb. O, İraq, Sudan və Çin də daxil olmaqla bir neçə xarici diplomatik missiyalarda işləyib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri