30 
Mar
2017
11:58
48
127
5558
Virtual karabakh

Livan prezidenti rəsmi görüşdə yıxılıb – VİDEO

30 Mar, 2017
11:58
5558

Livan prezidenti rəsmi görüşdə yıxılıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Livanın bu il 82 yaşı tamam olacaq prezidenti Mişel Aun “28-ci Ərəb Birliyi Sammiti”ndə xatirə şəkli çəkdirmək üçün yerinə keçərkən yıxılıb.  

Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb. 

Kadrlarda liderlərin xatirə şəkli çəkdirməyə hazırlaşdıqları görünür. Livan prezidenti gözlənilmədən yıxılır. Bundan sonra rejissor planı dəyişir, amma bir dəqiqə sonra yayım davam edir. Aun isə artıq həmkarlarının sırasında dayanır. 

Olayı şərh edən Livan nümayəndə heyəti Mişel Aunun heç bir xəsarət almadığını və səhhətinin normal olduğunu bildirib.

N.О.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri