30 
Mar
2017
17:17
70
36
2498
Virtual karabakh

Türkiyədə “Booking.com”un fəaliyyəti dayandırıldı

30 Mar, 2017
17:17
2498

Türkiyədə “Booking.com”un fəaliyyəti dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul məhkəməsi hotellərin bronu üzrə “Booking.com” onlayn-servisi blok etmək barədə hökm çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Məhkəmə bu hökmü Türkiyənin Turist Agentliklər Assosiasiyasının (TURSAB) tərəfindən irəli sürülən iddiaya baxışın gedişatında çıxarıb. TURSAB-ı təmsil edən vəkillər iddia edirlər ki, servis ölkənin mehmanxana bazarında rəqabət barədə qanunu pozur. 

Məhkəmədə servisin blok edilməsi hökmünü “ehtiyat tədbiri” adlandırıblar. TURSAB-ın nümayəndəsi “Hürriyet Daily News” qəzetinə bəyan edib ki, səyahətçilərin daha öncə Türkiyə hotellərində “Booking.com” vasitəsilə etdikləri bronlar ləğv edilməyəcək. 

Yanvar ayında “Booking.com” servisi bu ölkədə ədalətsiz rəqabətə görə 2,5 milyon (685 min dollar) türk lirəsi həcmində cərimə edilib. Həmin iddia da TURSAB-ın hüquqşünasları tərəfindən irəli sürülmüşdü. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri