30 
Mar
2017
18:30
33
167
6579
Virtual karabakh

Putin ölkədəki etiraz aksiyalarına münasibət bildirib

30 Mar, 2017
18:30
6579

Putin ölkədəki etiraz aksiyalarına münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin ölkədə ötən bazar günü korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Arxangelskdə keçirilən Arktika Forumunda çıxış edən V.Putin korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarı olduğunu söyləyib:

“Mən şəxsən korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarıyam və bu problemlərə insanlar tərəfindən diqqəti hər zaman müsbət qəbul edirəm”.

Bununla yanaşı, V.Putin sanksiyalaşdırılmamış etiraz aksiyalarından kiminsə seçki öncəsi təbliğat məqsədilə istifadə etməsini yolverilməz adlandırıb: “Mən hansısa siyasi qüvvələrin hansısa siyasi hadisələr, o cümlədən ölkə daxilindəki seçki kampaniyaları ərəfəsində öz maraqları və siyasi səhnədə “raskrutkası” naminə bu üsuldan istifadə etməsini düzgün saymıram”.   

Rusiya prezidenti qeyd edib ki, sanksiyalaşdırılmamış etiraz aksiyaları “ərəb baharı”na və Kiyevdə hakimiyyətin dəyişməsinə gətirib çıxarıb: “Bu hadisələrin bizim qonşumuzu, Ukraynanı hansı xaosa düçar etdiyini yaxşı bilirik”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri