30 
Mar
2017
21:41
77
337
3328
Virtual karabakh

Çində niqab qadağan edildi

30 Mar, 2017
21:41
3328

Çində niqab qadağan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin hökuməti müsəlmanların sıx yaşadığı Sincan-Uyğur muxtar rayonunda niqab geyilməsinə qadağa qoyub.

Oxu.Az The Independent qəzetinə istinadən xəbər verir ki, hökümət rəsmiləri belə bir qərarın qəbul olunmasını bölgədə ekstremizmlə mübarizə tədbirləri ilə izah ediblər.

Yeni qaydalar şənbə günü, aprelin 1-də, qüvvəyə minir. Hava limanları və vağzallarda əməkdaşlar niqab taxan qadınlar arasında iş aparmalı olacaqlar. Belə ki, qərardan sonra niqablı qadınların ictimai nəqliyyata daxil olması qadağan ediləcək.

Bundan əlavə, çinlilər üçün xas olmayan saqqal saxlamağa da qadağa qoyulub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri