11 
Apr
2017
18:30
28
282
2415
Virtual karabakh

Lapşin apellyasiya şikayəti verib

11 Apr, 2017
18:30
2415

Lapşin apellyasiya şikayəti verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Blogger Aleksandr Lapşin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həbs müddətinin uzadılması qərarından apellyasiya məhkəməsinə şikayət edib. 

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Eduard Çernin bildirib. 

“Bakının 1 saylı təcridxanasında saxlanılan müvəkkilim həbs müddətinin 3 ay artırılması qərarından şikayət edib. Şikayətə yaxın 10-15 gün ərzində baxılacaq”, - Çernin deyib. 

Qərar aprelin 7-də hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bəyan edilib. A.Lapşinin həbsinin müddəti üç ay uzadılıb. 

A.Lapşin 2016-cı ilin dekabr ayının 16-da Azərbaycan tərəfinin sorğusu ilə Minskdə saxlanılıb. 

S.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri