28 
Mar
2014
15:18
4
26
3649
Virtual karabakh

Qvineya paytaxtında ölüm təhlükəsi

28 Mar, 2014
15:18
3649

Qvineya paytaxtında ölüm təhlükəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni virus sürətlə yayılır.

Qığılcımlarının Qvineyada qeydə alınmış Ebola virusu artıq ölkənin paytaxtı Konakri şəhərinə çatdı. Qvineya səhiyyə nazirliyinə istinadən bildirilən ÜST-nin məlumatına görə, paytaxt şəhərində iki milyon əhalisi olan ölkə üçün təhlükəli virusa yoluxmanı təsdiqləyən dörd laboratoriya tədqiqi var.

Oxu.Az İTAR-TASS-a istinadən bildirir ki, hal-hazırda Ebola virusuna yoluxanların sayı 103 nəfərdir, onlardan 66-sı vəfat edib. Vəfat edən xəstələrdən biri Konakridəndir.

Eyni zamanda Qvineya, Liberiya və Syerra-Leonda Ebola virusuna yoluxanların sayı getdikcə artır. Liberiyada təhlükəli xəstəliyin əlamətləri səkkiz nəfərdə qeydə alınıb, bu insanlardan artıq altısı həyatını itirib. Syerra-Leonda altı yoluxma hadisəsi qeydə alınıb, bu hadisələrdən beşinin nəticələri faciəvidir. Məlumdur ki, bütün xəstələnənlər Qvineya da olublar.

Ümumdünya Səhiyyə Təşkilatı əldə olan məlumat əsasında Qvineya, Liberiya və Syerra-Leona səyahət və ticarətə hər hansı məhdudiyyət qoymağı hələ ki, tövsiyə etmir.

Ebola virusu insanlarda hemorraji qızdırma qığılcımı yaradır, faciəli nəticənin əmsalı 90%-dir.

Ebola qızdırması ağır, yoluxucu virusdur, ani qızdırma, zəiflik, əzələ ağrıları, baş ağrıları və boğaz ağrıları ilə müşayiət edilir. Sonra ürək bulanması, qusma, səpmə, böyrək və qara ciyər funksiyalarının pozulması, bəzən isə daxili və xarici qanaxmalar olur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri