20 
Apr
2017
16:02
199
24
3264
Virtual karabakh

Atların gözəllik müsabiqəsi keçiriləcək

20 Apr, 2017
16:02
3264

Atların gözəllik müsabiqəsi keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Axaltəki atları arasında beynəlxalq gözəllik müsabiqəsi 2017-ci il aprelin 29-da Aşqabadda keçiriləcək.

Oxu.Az AZƏRTAC-a istinadla Türkmənistan KİV-lərinə istinadla xəbər verir ki, prezident Qurbanqulu Berdiməhəmmədovun müvafiq sərəncamına əsasən, 2017-ci ilin ən gözəl axaltəki atı bu il aprelin 30-da qeyd olunacaq Terkmən atı bayramı ərəfəsində seçiləcək.

İlin ən gözəl axaltəki atının sahibi Türkmənistan prezidenti adından “Toyota Land Cruiser Prado”, “Mercedes-Benz ML 350” və başqa bu kimi bahalı avtomobillə mükafatlandırılır.

Axaltəki atları arasında beynəlxalq müsabiqə prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə keçirilir. Dövlət başçısı axaltəki cinsinin mahir bilicilərindəndir və ölkədə atçılığın inkişafını şəxsən himayə edir.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri