20 
Apr
2017
14:30
15
226
14231
Virtual karabakh

Məşhur idmançı özünü asdı – VİDEO + FOTO

20 Apr, 2017
14:30
14231

Məşhur idmançı özünü asdı – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Milli Futbol Liqasının (NFL) ulduzlarından biri, “Nyu İnqlənd Petriots” klubunun sabiq ulduzu Aron Ernandes həbsxana kamerasında intihar edib.

Oxu.Az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, insident ABŞ-ın Massaçusets ştatındakı Şirli şəhərində yerləşən “Souza-Baranowski Correctional Center” məcburi reabilitasiya mərkəzində yaşanıb.

“Daily Mail”in yaydığı məlumat görə, 27 yaşlı Ernandes kameranın pəncərəsinə bağladığı mələfə ilə özünü asıb. Bundan əvvəl o, kameradakı əşyalar ilə qapını içəridən bağlayıb.

A.Ernandes ötən həftə məhkəmədə qalib gəlmişdi. İki qətldə suçlanmış məşhur idmançı ömürlük həbs cəzası almışdı. O, 2013-cü ildə Massaçusets ştatındakı Nord Ettlboro şəhərində Odin Loydu öldürməkdə də suçlanmışdı. O.Lloyd idmançının nişanlısının kiçik bacısının sevgilisi idi.

2012-ci ilin iyun ayında gecə klubunun qarşısında Daniel de Abreunu Safiro Furtadonu güllələməkdə ittiham edilən A.Ernandes sübut yetərsizliyi səbəbindən iş üzrə bəraət almışdı.

Fəqət, O.Lloydun qətlinə görə ona qarşı tətbiq olunmuş ömürlük həbs cəzası qüvvədə qalmışdı.

Florida Universitetinin amerikan futbolu komandasının sabiq kapitanı A.Ernandes srağagün vəkili ilə telefon danışığında “Artıq dözə bilmirəm: ömrümün sonunadək həbsxanada çürümək istəmirəm" söyləyibmiş.

2012-ci ildə “Nyu İnqlənd Petriots” klubu Aronla 5 illik müqavilə imzalamışdı. Müqavilənin həcmi 40 milyon dollar idi.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri