20 
Apr
2017
20:43
361
33
3246
Virtual karabakh

Erməni iş adamı üç milyon dollar borca görə güllələndi

20 Apr, 2017
20:43
3246

Erməni iş adamı üç milyon dollar borca görə güllələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya paytaxtında erməni iş adamı öldürülüb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Moskvanın cənubundakı ticarət mərkəzinin sahibi Aleksandr Baqiryan aprelin 19-da mühafizəçilərinin və şahidlərin qarşısında keçmiş şəriki tərəfindən güllələnib. 

İş adamına “Makarov” tipli tapançadan 5 dəfə atəş açılıb. Qarın nahiyəsindən ağır yaralanan A. Baqiryan xəstəxanada ölüb. Onun mühafizəçisi atəş açan şəxsi saxlayıb və hüquq-mühafizə orqanlarına təhvil verib.

Qeyd edək ki, sabiq ortaqların Moskva vilayətində alkoqollu içkilər üçün şüşə qablar istehsal edən müəssisi olub. İş adamları sonradan yollarını ayırsalar da, A.Baqiryanın şərikinə 3 milyon dollar borcu olduğu və onu qaytarmadığı bildirilir.

Qətl və qanunsuz silah saxlama maddələri ilə bağlı cinayət işi açılıb. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri