21 
Apr
2017
09:16
222
75
3597
Virtual karabakh

Parisdə atışma: Ölənlər var – YENİLƏNİB

Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Məlumata görə, atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib. 

Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb. 

Fransa prezidenti Fransua Olland bildirib ki, Parisdə polis əməkdaşlarına qarşı törədilən hücum, ilkin məlumatlara əsasən, terror xarakteri daşıyıb.  

Onun sözlərinə görə, yekun rəy Paris prokurorluğunun antiterror şöbəsinin apardığı istintaqın nəticələri bəlli olduqdan sonra veriləcək.  

Dövlət başçısı aprelin 21-də Təhlükəsizlik Şurasının iclas keçirəcəyini bildirib. Olland bu barədə baş nazir və DİN rəhbərinin iştirakı ilə keçirdiyi təcili müşavirədən sonra bildirib.  

Olland, həmçinin hücum nəticəsində 1 polisin həlak olduğunu, daha ikisinin yaralandığını bildirib. İnsident nəticəsində daha bir qadın yüngül yaralanıb. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib. 

00:12

Fransanın paytaxtı Parisdə atışma nəticəsində bir polis əməkdaşı ölüb, daha ikisi isə yaralanıb.

Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının işçilərinə atəş açan şəxs zərərsizləşdirilib.

Hadisə cümə axşamı, aprelin 20-də, Yelisey çöllərində baş verib. Hazırda rayonda xüsusi əməliyyat həyata keçirilir.

Polis əhalini hadisə yerindən uzaq durmağa çağırıb.

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri