21 
Apr
2017
16:51
63
89
2467
Virtual karabakh

Rusiyada FTX-nın qəbul şöbəsinə hücum olub, ölənlər var

21 Apr, 2017
16:51
2467

Rusiyada FTX-nın qəbul şöbəsinə hücum olub, ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) qəbul şöbəsinə silahlı hücum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, FTX-nın İctimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, hadisə nəticəsində biri xidmətin əməkdaşı olmaqla, iki nəfər ölüb.

“Aprelin 21-də Rusiya FTX-nın Xabarovsk dairəsi üzrə idarəsinin qəbul şöbəsində naməlum şəxs daxil olaraq oradakı insanlara atəş açmağa başlayıb. FTX əməkdaşı və orada olan MDB ölkələrindən birinin vətəndaşı ölüb, digəri isə yaralanıb. Hücum edən də öldürülüb”, - deyə FTX-nın İctimaiyyətlə əlaqələr mərkəzinin məlumatında qeyd olunub.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri