21 
Apr
2017
15:42
436
15
2210
Virtual karabakh

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan silahlı qüvvələrinin müddətli hərbçisi, kiçik çavuş Narek Zavenoviç Akopyan qeyri-döyüş şəraitində aldığı güllə yarasından ölüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan da təsdiqləyib.

İnformasiyaya əsasən, o, ölkənin Vayotsdzor vilayətinin Vayk şəhərindəki hərbi hissədə qulluq edib.

Kiçik çavuş xidməti avtomat silahını təmizləyərkən təhlükəsizlik qaydalarına əməl etmədiyindən atəş açılıb. O, aldığı güllə yarasından ölüb.

Narek Akopyan 1986-cı ildə Vayotsdzor vilayətinin Arpa kəndində anadan olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

S.S.
www.oxu.az

Digər Dünya xəbərləri