24 
Apr
2017
13:05
210
26
1724
Virtual karabakh

ABŞ-da erməni uşaq oğurlamaqda şübhəli bilinir

24 Apr, 2017
13:05
1724

ABŞ-da erməni uşaq oğurlamaqda şübhəli bilinir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatının Pasadin şəhərinin polisi 5 yaşlı erməni əsilli uşağı axtarır.

Oxu.Az KTLA telekanalına istinadən xəbər verir ki, yaxınları 5 yaşlı Aramazd Andreasyanla sonuncu dəfə çərşənbə axşamı “Skype” vasitəsilə danışıblar. Uşağın anası onun itməsi barədə polisə şənbə günü – atası azyaşlını evə qaytarmadıqda məlumat verib.

Cənubi Pasasinin sakini Aramazd Andreasyan (ata) Arroyo qoruğunda huşsuz vəziyyətdə, şəxsi avtomobilinin yanında tapılıb. Lakin azyaşlı atasının yanında tapılmayıb. 35 yaşlı erməni uşağını oğurlamaqda şübhəli bilinərək həbs edilib.

Hazırda polis təlim görmüş itlərlə Arroyo qoruğu ərazisində azyaşlını axtarır. 

Qeyd edilir ki, 5 yaşlı Aramazdın valideynləri 1 il əvvəl boşanıblar. Onlar övladlarına növbəlilik əsasında baxıblar. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri