24 
Apr
2017
10:03
22
80
1608
Virtual karabakh

Makron Fransada prezident seçkilərinin I turunda qalib gəlib

24 Apr, 2017
10:03
1608

Makron Fransada prezident seçkilərinin I turunda qalib gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İrəli” hərəkatının qurucusu Emmanuel Makron 23,86 faiz seçici səsi toplayaraq Fransada prezident seçkilərinin I turunda qalib gəlib. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Məlumatda, həmçinin qeyd olunur ki, “Milli Cəbhə” partiyasının lideri, ikinci tura keçmiş Marin Le Pen isə 21,53 faiz seçici səsi toplayıb. Bununla yanaşı, keçmiş baş nazir, “Respublikaçılar” partiyasından prezidentliyə namizəd olmuş Fransua Fiyona seçicilərin 19,91 faizi səs verib. “Fətholunmaz Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon nəticələrə görə - 19,64 faiz seçici səsi ilə Fiyona bir qədər yaxınlaşıb. 

Bazar ertəsi seçkiqabağı kampaniyanın rəsmi olaraq yeni mərhələsi başlayır. Makron və Le Pen arasında mübarizə gedəcək. Qanuna müvafiq olaraq yekun səsvermə birinci turdan iki həftə sonra may ayının 7-də keçiriləcək. Onun nəticələrinə görə, ikinci beşillik müddətə namizədliyini irəli sürəcək Fransua Ollandı əvəz edəcək Fransanın 25-ci prezidentinin adı müəyyən ediləcək.         
N.О. 
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri