24 
Apr
2017
11:16
213
23
2950
Virtual karabakh

Şimali Koreya Amerika gəmisini batırmaqla hədələyir

24 Apr, 2017
11:16
2950

Şimali Koreya Amerika gəmisini batırmaqla hədələyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şimali Koreyanın dövlət KİV-i ölkənin Koreya yarımadasına istiqamət götürmüş Amerikanın “Karl Vinson” gəmisinin bir zərbə ilə batırıla biləcəyini bəyan edib. 

Oxu.Az xəbər verir ki, bu bəyanat Phenyanda dərc edilən Mərkəzi partiyanın “Nodon sinmun” qəzetinin şərhlərində səslənib. 

Şərh Koreyanın Əmək partiyasının mərkəzi orqanında lider Kim Çen Inın donuz fermasına səfəri barədə məqalənin altında yerləşdirilib.  

“Bizim inqilabi qüvvələrimiz bir zərbə ilə ABŞ gəmisini batırmağa qadirdir”, - redaksiyanın şərhində deyilir. 

Belə zərbə hərbi qüvvəmizin nümayişi olacaq. 

“Mincu Çoson” qəzeti ordunun düşmənlərə amansız zərbələr vurmağa hazır olduğunu yazıb. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri