24 
Apr
2017
11:35
242
32
4651
Virtual karabakh

Ərdoğan kürsüsünü 10 yaşlı oğlana verdi – FOTO + VİDEO

24 Apr, 2017
11:35
4651

Ərdoğan kürsüsünü 10 yaşlı oğlana verdi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Rəcəb Tayyib Ərdoğan Ankarada prezident kompleksində məktəblilərdən ibarət qrupu qəbul edib.  

Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, Türkiyədə Milli Müstəqillik və Uşaq Günü münasibəti ilə dövlət başçısı uşaqlar qarşısında çıxış edib. 

“Əli öpülməyə layiq olan üç insan var – ata, ana və müəllim. Başqa heç kim!”, - Ərdoğan deyib. 

“Uşaqlar bizim gələcəyimizdir, uşaqlar Türkiyənin gələcəyinin zəmanətidir”, - o vurğulayıb. 

Daha sonra Ərdoğan, 10 yaşlı dördüncü sinif şagirdi Məhmət Akifə öz kürsüsündə yer verib. 

Türkiyədə uşaq günü 1920-ci ildə Ankarada Böyük Millət Məclisinin qurultayının çağırışı şərəfinə qeyd edilir. Bu gündə milli kostyum geyinmiş uşaqlar Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edirlər.  

Bu günlərdə ölkədə uşaqlar və yeniyetmələr üçün teatr tamaşaları və konsertlər keçirilib. Yüzlərlə uşaq TRT-nin 39-cu Beynəlxalq Uşaq festivalında iştirak edib.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri