24 
Apr
2017
14:10
71
36
1179
Virtual karabakh

Meksikada quldur dəstələr arasında qarşıdurma: Ölənlər var

24 Apr, 2017
14:10
1179

Meksikada quldur dəstələr arasında qarşıdurma: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikanın Miçoakan və Qerrero ştatlarının sərhədində düşmən quldur dəstələr arasında baş verən toqquşma nəticəsində doqquz nəfər ölüb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar günü Miçoakan prokurorluğu məlumat yayıb.  

Prokurorluq əməkdaşları hadisə yerinə gəliblər və orada doqquz meyit, həmçinin dörd gülləbaran olunmuş avtomobil aşkar ediblər. 

Miçoakan və Qerrero Meksikada ən təhlükəli ştatlar hesab edilirlər. Bu, ABŞ-a narkotiklərin çatdırılmasına nəzarət uğrunda mübarizə aparan narkotik kartellərin fəaliyyəti ilə əlaqədardır.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri