24 
Apr
2017
14:25
71
19
1090
Virtual karabakh

İranda namizədlərin debatlarının canlı yayımda göstərilməməsinə dair qərar ləğv edilib

24 Apr, 2017
14:25
1090

İranda namizədlərin debatlarının canlı yayımda göstərilməməsinə dair qərar ləğv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hakimiyyəti prezidentliyə namizədlərin debatlarının canlı yayımda nümayiş etdirilməməsinə dair qərarını ləğv edib.   

Oxu.Az xəbər verir ki, bu barədə “Press” TV telekanalı ölkə DİN-nə istinadən məlumat yayıb. 

Müvafiq bəyanatı seçkilər zamanı təbliğat fəaliyyətinin yoxlanılması üzrə Komissiya ilə görüşdən sonra DİN nümayəndəsi Salman Samani edib. 

Samani bildirib ki, debatlar yazı ilə nümayiş etdiriləcək. İclas namizədlərin, məmurların və sadə iranlıların tənqidindən sonra keçirilib. Görüşdə İran teleradio şirkətinin rəhbəri, ölkənin baş prokuroru, DİN rəhbəri və digər simalar iştirak edib. 

İran prezidentliyinə namizədlərin qeydiyyatı aprelin 11-dən 15-nə kimi keçirilib. Qeydiyyat gününün sona çatdığı an seçkilərdə iştirak etmək üçün 1,6 min insan müraciət etmişdi. 

N.О.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri