24 
Apr
2017
16:03
46
106
1479
Virtual karabakh

Əfqanıstanın müdafiə naziri istefa verib

24 Apr, 2017
16:03
1479

Əfqanıstanın müdafiə naziri istefa verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Kadam Şah Şahim “Taliban” radikal qrupun yaraqlılarının 150-dən çox adamın ölümü ilə nəticələnən hərbi bazaya hücumundan sonra istefa verib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prezident dəftərxanası məlumat yayıb. 

“Müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Kadam Şah Şahim postlarını tərk edirlər, qərar dərhal qüvvəyə minir”, - prezident dəftərxanasının rəsmi “Twitter” hesabında yerləşdirilən bəyanatda deyilir. 

Daha öncə “Pajhwok” agentliyi bildirib ki, ötən cümə günü Əfqanıstan ordusunun geyimini geyinən yaraqlılar Bəlx əyalətindəki hərbi bazanın ərazisinə soxulublar. Hücuma görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. 

Əfqan məmurlarına istinadən “Wall Street Journal” qəzeti hücum nəticəsində ən azı 170 nəfərin öldüyünə dair məlumat yaymışdı. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri