25 
Apr
2017
14:07
153
10
3291
Virtual karabakh

Süni işıqdan enerji mənbəyi kimi istifadə olunur

25 Apr, 2017
14:07
3291

Süni işıqdan enerji mənbəyi kimi istifadə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya energetika balansında günəş enerjisi payının ən yüksək olduğu ölkələrdən biridir. Lakin ölkənin günəşli günlərinin sayı sabit olmadığı qədər də məhduddur.

Oxu.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Jülich şəhərində yerləşən Aerokosmik Mərkəzində alimlərin yaratdığı unikal texniki sistem süni günəş işığı təbii günəşin göndərdiyi işıq şüasının intensivliyini 10000 dəfə üstələyir.

Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində buludlu hava kömür və küləklə işləyən qurğulara problem yaratmır, lakin günəş qülləsi fərqli durumdadır.

Aerokosmik Mərkəzinin alimlərini burada tədqiqat aparmağa sövq edən də elə bu amildir.
Bu qurğunu dünyanın ən iriölçülü süni günəşi saymaq olar. Qurğu 149 projektordan ibarətdir.
Onların yaratdığı işıq şüasının intensivliyi adi məişət lampasının gücündən 1000 dəfə, günəşin yerə göndərdiyi işıq şüasından isə 10 min dəfə güclüdür.

Alimlər bu qurğudan gələcəkdə günəş enerjisilə işləyəcək sistemləri sınaqdan keçirmək üçün istifadə edirlər. Qurğunun köməyilə günəş enerjisi reaktorlarının faydalı iş əmsalını artıracaqlarına ümid edirlər.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri