25 
Apr
2017
14:22
25
55
1653
Virtual karabakh

Marin Le Pen “Milli cəbhə”nin lideri postunu tərk edib

25 Apr, 2017
14:22
1653

Marin Le Pen “Milli cəbhə”nin lideri postunu tərk edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada prezident seçkilərində namizədliyini irəli sürən Marin Le Pen bəyan edib ki, bütün diqqətini prezident seçkilərinin ikinci turuna yönləndirmək üçün “Milli cəbhə” partiyasının liderliyindən kənara çəkiləcək. 

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

“Bu gün axşam mən “Milli cəbhə” partiyası rəhbəri postundan getməyi qərara almışam”, - o, bu barədə “France2” telekanalının efirində deyib. O, bunu “partiya maraqlarından” daha yüksəkdə olmaq istəyi kimi izah edib.  

“Mən hər zaman hesab etmişəm ki, respublika prezidenti bütün fransızların prezidentidir. İndi isə sözdən işə keçmək lazımdır”, - Le Pen deyib.

Kəskin sağçı hesab edilən Le Pen prezident seçkilərinin ikinci turunda birinci turun qalibi, mərkəzçi Emmanuel Makron ilə mübarizə aparacaq. Bazar günü seçkilərinin nəticələrinə görə, Makron 23,75%, Marin Le Pen isə 21,53% səs toplayıb.   

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri